Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisiyə səfər edən Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı Gürcüstanın Aİ-yə inteqrasiya prosesini və Fransanın dəstəyi məsələsini müzakirə olunub.
“Bu gün Gürcüstan Avropa İttifaqının tövsiyələrini yerinə yetirmək prosesindədir və indiki məqamda geosiyasi kontekst çox vacibdir. Gürcüstan namizədin statusunun təkrar rədd edilməsini qəbul edə bilməz", - Zurabişvili bildirib.
Onun sözlərinə görə, belə mühüm mərhələdə Fransanın xarici işlər nazirinin səfəri Gürcüstan üçün çox vacibdir. Zurabişvili vurğulayıb ki, Gürcüstan əhalisi ölkənin Avropaya inteqrasiyasını dəstəkləyir.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB