Sudandakı qarşıdurmada 411 sıravi vətəndaş ölüb

Sudandakı qarşıdurmada 411 sıravi vətəndaş ölüb

Sudanda münaqişə 15-ci gününə qədəm qoyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ordu ilə HDK arasında əldə olunan atəşkəsə baxmayaraq, indiyədək müxtəlif bölgələrdə baş verən qarşıdurmalarda 2023 mülki vətəndaşın yaralandığı, 411 mülki vətəndaşın isə həyatını itirdiyi qeyd edilib.

Paytaxtda Prezident Sarayı və Ordu Baş Komandanlığı ətrafında toqquşmalar şiddətlənərkən paytaxtın cənubundakı müxtəlif məhəllələrdə də atəşkəs pozulmaqda davam edir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə