13 yaşlı oğlan qəhrəman elan edilib

13 yaşlı oğlan qəhrəman elan edilib

Miçiqan ştatının Uorren şəhərində orta məktəb şagirdi Dillon Rivz aprelin 26-da məktəb avtobusunun sürücüsünün maşın sürərkən huşunu itirdiyini görüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cəld bir şəkildə avtobusun sürücü tərəfinə keçən Dillon qarşı hərəkət zolağında avtobusu yavaşladaraq təhlükəsiz ərazidə saxlayıb. Avtobusda olan 66 dostunun və huşunu itirən sürücünün həyatını xilas edən Dillon ABŞ-da qəhrəman elan edilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə