Almaniyanın kəndlərində canavarların mal-qaraya bir sıra ölümcül hücumlarından sonra tədbir görülməsi üçün fövqəladə iclas keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, fermerlərin, idarəçilərin və siyasətçilərin qatıldığı yığıncaqda canavar populyasiyasının nəzarətdən çıxdığı iddia edilib. Fermerlər həmkarlar ittifaqı həmçinin Aİ qanunları ilə ciddi şəkildə qorunan canavarların nə vaxt vurula biləcəyi ilə bağlı qaydaların yumşaldılmasına çağırıb. Almaniyada hər biri 8-12 heyvandan ibarət 200-ə yaxın canavar sürüləri yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB