Türkiyədə ardıcıl zəlzələlər oldu

Türkiyədə ardıcıl zəlzələlər oldu

Türkiyənin Kahramanmaraş vilayətində ardıcıl zəlzələlər baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) xəbər yayıb.

Məlumata görə, ilk təkanlar yerli vaxtla 04:55-də vilayətin Göksun rayonunda qeydə alınıb.

4,7 bal gücündəki zəlzələnin ocağı 6,89 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələ saat 05:16-da Pazarcık rayonunda olub. 3,6 bal gücündə təkanlar 7,04 kilometr dərinlikdə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə