Krımda yanğın baş verib

Rusiya tərəfindən ilhaq edilən Ukraynanın Krım bölgəsində yanacaq çəni yanıb. SİA xəbər verir ki, Rusiyanın Krıma təyin etdiyi nümayəndələr yanğının sahəsinin 1000 kvadratmetr olduğunu bildirir.

Rusiyanın təyin etdiyi Mixail Razvojayev yarımadaya pilotsuz uçuş aparatı ilə hücum edildiyini iddia edir. Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

Ukrayna tərəfi hadisəyə münasibət bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə