Mafiya lideri tutuldu

İtaliya polisinin ən təhlükəli cinayətkarları siyahısında olan və 5 ildir axtarılan "Ndrangheta" mafiyasının başçılarından biri olan Pasquale Bonavota tutulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bonavota ilə bağlı İtaliyanın cənubundakı Kalabriyada qətl və izdiham cinayətlərinə görə 2018-ci ildən həbs qərarı çıxarılmışdı. Uzun axtarışlardan sonra tapılan və saxta şəxsiyyət vəsiqəsi olan Bonavota ömürlük həbs cəzası alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə