Rusiya yenidən ölüm saçır

Rusiya ilə Ukrayna arasında gözlənilən yaz hücumunun başlaması xəbəri yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusu dünən səhər saatlarında Ukraynanın bir çox şəhərinə, o cümlədən paytaxt Kiyevə hava zərbələri endirib. Səhər saatlarında həyata keçirilən raket hücumlarının dinc əhalinin olduğu yaşayış məntəqələrinə tuşlanması zamanı aralarında qadın və uşaqların da olduğu 25 nəfərin həyatını itirdiyi bildirilib. Rəsmilər 23 raketdən 21-nin və iki hücum təyyarəsinin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə