ABŞ administrasiyası Böyük Britaniyaya 768 APKWS-II idarə olunan raketin potensial satışını təsdiqləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Nəşr qeyd edir ki, müvafiq avadanlıq, ehtiyat hissələri, sənədləşdirmə və daşınma ilə bağlı əməliyyatın dəyəri 31,2 milyon dollar qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB