Kiyev Ukrayna Silahlı Qüvvələrinin ilkin əsgərlərinin 80 faizini itirib?
...O gün ukraynalıların iyul ayına qədər hər hansı bir hücuma keçə bilməyəcəklərini deyirdi. Səbəb kimi də, Kiyevin NATO-dan daha müasir silah növlərini tədarük etməyə inandırmağa çalışacağını göstərirdi.
İndi də deyir ki, əsgərinin 80 faizini itirən Ukrayna öz hərbçiləri arasında itkiləri ödəyə bilməyəcək.
Qeyd edim ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib.
Skott Ritterin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı başlayandan bəri öz tərkibinin 80 faizni itirib.
Ukraynanın münaqişədən əvvəl 260 min nəfərlik nizami ordusunun olduğunu deyən amerikalı keçmiş kəşfiyyatçı, indi onların 80 faizinin öldürüldüyünü, əsir götürüldüyünü və ya yaralandığını deyir. Skot Ritterə görə, indi onları əvəzləmək mümkün deyil.
Yəni Ukrayna ordusunun tərkibi çox arzuolunmazdır, çünki indi Ukrayna Silahlı Qüvvələri əsasən zəif təlim keçmiş, səfərbər edilmiş yerli sakinlərdən ibarətdir.
Skot Ritter əmindir ki, Ukrayna qüvvələri praktiki olaraq heç bir bacarıqlı əsgərə malik olmadığından, əks-hücum keçirə biləcəklərini nəzərə almasaq, heç müdafiəni belə davam etdirə bilmirlər.
Buna görə də, Zelenskinin planlaşdırılmış əks-hücumla bağlı açıqlamalarına baxmayaraq, Kiyevin malik olduğu resurslarla uğur qazanacağı ehtimalı azdır.
Xatırladaq ki, daha əvvəl Skott Ritter Ukrayna prezidenti Vladimir Zelenski və onun ətrafının Rusiya xüsusi hərbi əməliyyatın başa çatmasını görməyəcəkləri fikrini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB