“Rusiyanı göydən vurmalıyıq”

Kuleba xahişlə səkkiz ölkənin xarici işlər nazirlərinə müraciət edib
“Rusiyanı göydən vurmalıyıq”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba səkkiz ölkənin xarici işlər nazirlərinə ukraynalı pilotların hazırlanmasını sürətləndirmək xahişi ilə müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, Kuleba bu barədə Odessada Latviya, Danimarka, Estoniya, İslandiya, Litva, Norveç, İsveç və Finlandiyadan olan həmkarları ilə birgə brifinq zamanı bildirib.

Kulebanın sözlərinə görə, o, həmkarlarına Ukraynanın dostları kimi, müasir Qərb döyüş təyyarələrini, xüsusən də F-16-ları idarə edən ölkələrin nümayəndələri kimi xahişlə müraciət edib.

...Mən onlara ukraynalı pilotların təyyarələrdə, ilk növbədə F-16-larda təlimə başlaması qərarını sürətləndirmək üçün bütün səyləri göstərmək xahişi ilə müraciət etdim. Bu da öz növbəsində, sonda Ukraynaya belə təyyarələrin verilməsi barədə qərarın qəbul edilməsinə səbəb olacaq. Biz bu cür təyyarələrlə Rusiyaya göydən atmalıyıq.

Kuleba deyib bunu.

Ukraynanın xarici işlər nazirinin sözlərinə görə, səkkiz ölkənin xarici işlər nazirliklərinin nümayəndələri ilə, xüsusilə, Vilnüsdə keçiriləcək sammitə hazırlıq, Ukraynanın Avropa İttifaqına daxil olması, Rusiyanın hərbi təcavüzü ilə bağlı xüsusi tribunalın yaradılması məsələsi və sair məsələləri müzakirə ediblər.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Ukraynanın daha çox lazımi silahla, xüsusilə F-16 döyüş təyyarələri ilə təmin olunmasına töhfə verəcəyini bildirib. Bütün səkkiz ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri də Ukraynanı dəstəklədiklərini bəyan ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə