Luqansk vilayətindəki ruslar “insan qalxanı”nın arxasında gizlənirlər

Luqansk vilayətindəki ruslar “insan qalxanı”nın arxasında gizlənirlər

Rus işğalçıları məktəblilərdən və pedaqoji heyətdən ibarət “insan qalxanı” arxasında gizlənərək Luqansk vilayətindəki məktəbdə öz hərbi qüvvələrini yerləşdirirlər.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Luqansk vilayətinin Lubyanka kəndində Rusiya işğalçı qüvvələrinin hərbi qulluqçuları yerli məktəbin binasında yerləşdirilib.

Ukrayna saytlarını yazdığına görə, rusiyalı hərbi kadrlar təhsil müəssisələrinin binalarına yerləşdirilir. Onlar pedaqoji kollektivi uşaqların və pedaqoji heyətin məcburi davamiyyəti ilə tədris prosesini davam etdirməyə məcbur edirlər

Ukrayna Baş Qərargahı, Xerson vilayətinin Kalançak şəhərindəki yerli xəstəxana işğalçılar tərəfindən hərbi hospitala çevrildiyini, aprelin 27-də oraya çoxlu sayda ağır rus yaralılarının gətirildiyini bildirir.

Maraqlıdır ki, rusların yaralılarını daşımaq üçün “KAMAZ” markalı yük maşınlarından istifadə etdikləri bildirilir.

Yenə də Ukrayna saytlarının yazdığına diqqət çəksək, rusların işğal olunmuş ərazilərdəki uşaq təhsil müəssisələrindən öz məqsədləri üçün istifadə etməkdə davam etdiklərini “görəcəyik”.

Belə ki, Donetsk vilayətinin Mariupol rayonunun Urzuf qəsəbəsində uşaq düşərgələrindən birinin ərazisində səfərbər olunanlar sırasından Rusiya qoşunlarının 200-ə qədər hərbi qulluqçusunun yerləşdirildiyi qeyd edilib.

Yeri gəlmişkən, bundan əvvəl Melitopol meri, Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş hissəsində rusların Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı öz ordusuna kömək etmək üçün uşaqları cəlb etməyi planlaşdırdıqlarını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə