Umanda dünyasını dəyişən uşaqlar 2009, 2012 və 2021-ci illərdə doğulub, dördüncü uşağın doğulduğu il müəyyən edilir.
...Xilasetmə əməliyyatının 14-cü saatı davam edir... İndi dörd uşaq olmaqla 23 nəfər ölüb... İlkin olaraq 2009, 2012 və 2021-ci il təvəllüdlü uşaqlardır. Hazırda kiçik bir cəsəd də ələ edilib və onun kimliyi müəyyənləşdirilir.
Bunu Çerkassı vilayət hərbi administrasiyasının rəhbəri İqor Taburets bildirib.
Qeyd edək ki, Uman Çerkassı şəhərindən 186 km qərbdə yerləşir.
Taburtsın sözlərinə görə, binadakı 46 mənzildən 27-si dağılıb. Hazırda xəstəxanada 9 nəfərin tibbi yardım aldığını bildirən administrasiya rəhbəri, onlardan onlardan üçünün vəziyyətini orta-ağır kimi dəyərləndirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu gün, aprelin 28-də saat 04:00 radələrində ruslar Xəzər dənizi regionundan Tu-95 strateji təyyarəsindən Ukraynaya hücum ediblər. Müdafiə qüvvələri tərəfindən 23 ədəd Kh-101/Kh-555 qanadlı raketindən 21-i, o cümlədən iki operativ-taktiki PUA məhv edilib.
Umanda raketlərdən biri doqquz mərtəbəli yaşayış binasına düşüb, nəticədə bütöv bir giriş praktiki olaraq məhv edilib.
Xəbər verdiyimiz kimi, 18 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanadadır.
Saat 19:00-a olan məlumata görə, ölənlərin 23-ü məlumdur, onlardan 4-ü uşaqdır.
Şəhərdə ölənlər üçün üç günlük matəm elan edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB