“Ərdoğanın ekranlarda görüntüsü alqış fırtınasına səbəb olub”

“Ərdoğanın ekranlarda görüntüsü alqış fırtınasına səbəb olub”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkənin cənub-şərqində, Adana şəhərində Seyhan çayı üzərindən yeni körpünün açılışında onlayn iştirak edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, iyulun 15-də şəhidlərin adını daşıyan 700 metr uzunluğundakı körpü (2016-cı ilin bu günü ölkədə dövlət çevrilişinə cəhd edilib) Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Adil Karaismailoğlu çıxışında körpünün ölkədə dördüncü ən uzun körpü olduğunu bildirib.

Qeyd edək ki, körpü iki milyonluq şəhərdə tıxaclarla bağlı vəziyyəti yüngülləşdirəcək.

Onu da qeyd edək ki, açılışa onlayn qatılan Ərdoğanın ekranlarda görüntüsü tamaşaçıların alqış fırtınasına səbəb olub.

“Şəhərdə nəqliyyatın hərəkətini azaltmaq üçün bir istiqamətdə üç, digər istiqamətdə üç zolaqlı körpü açırıq. Körpüdən qatarlar da keçə biləcək”. Bunu Ərdoğan bildirib.

Türkiyə lideri əlavə edib ki, layihəyə investisiyalar 2,3 milyard lirədən çox (115 milyon dollardan çox) təşkil edib.

Xatırladaq ki, bir gün əvvəl dövlət başçısı Akkuyu AES-ə nüvə yanacağının verilməsi mərasimində videokonfrans rejimində iştirak edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə