Belarus Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentində Belarus nümayəndələri ilə Amerika attaşesi Ceyson Taker arasında regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər aprelin 28-də Belarus hərbi idarəsinin rəsmi Teleqramında dərc olunub.
Bu gün Belarus Müdafiə Nazirliyində ABŞ-ın Belarus Respublikasındakı müdafiə üzrə hərbi attaşesi polkovnik-leytenant Ceyson Taker ilə görüş keçirilib. Bildirilir ki, görüş zamanı tərəflər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə qeyd edilir ki, Taker Belarus tərəfini ABŞ Silahlı Qüvvələrinin Defender Europe 2023 (Defender Europe 2023) təlimləri çərçivəsində planlaşdırılan tədbirləri barədə məlumatlandırıb.
Qeyd edək ki, bu il Avropada “Defender Europe” adlı irimiqyaslı hərbi təlimlər keçiriləcək ki, bu təlimlərdə ABŞ-ın 8 minə yaxın əsgəri, eləcə də ABŞ-ın müttəfiqi və tərəfdaşı olan 26 ölkədən 15 min hərbçi iştirak edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB