Bu barәdә İran Hərbi Dəniz Qüvvələri mәlumat yayıb.
“Әlә keçirilən gəmi ötən gecə Fars körfəzində İran gəmisi ilə toqquşub. Qəza nəticəsində iranlı ekipajdan ikisi itkin düşüb, bir neçәsi isә yaralanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, açıqlamada hәmçinin qeyd edilib ki, Marşal adaları bayraqlı gəmi beynəlxalq dəniz qaydalarını pozduğu səbəbi ilə məhkəmə qərarı әsasında müsadirә edilәrәk İran sahillərinə çəkilib.
ABŞ Hərbi Dəniz Qüvvələri isә Marşal adaları bayrağı altında “Advantage Sweet” adlı neft tankerinin Oman körfəzində beynəlxalq sularda üzdüyü әsnada İran İnqilab Keşikçiləri Korpusu tərəfindən ələ keçirildiyini irәli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB