Helikopterlərin toqquşması nəticəsində 3 nəfər həlak olub

Helikopterlərin toqquşması nəticəsində 3 nəfər həlak olub

Alyaskada təlim uçuşu zamanı iki hərbi helikopter toqquşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzada ən azı 3 əsgərin şəhid olduğu, 1 əsgərin isə yaralandığı bildirilib. ABŞ ordusu qəzanın səbəblərini araşdırdığını bildirib.

Mövzu ilə bağlı açıqlamasında general-mayor Brian Eifler qəzanın əsgər ailələri, əsgər yoldaşları və ordu üçün ağrılı bir itki olduğunu ifadə edərək, ordunun bütün imkanlarının əsgər ailələri üçün səfərbər edildiyini bildirib.

Həyatını itirən əsgərlərin şəxsiyyətinin hələlik açıqlanmadığı bildirilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə