Cənubi Amerika ölkəsi olan Paraqvayda yaşanan hadisədə bir ananın narkotik üçün etdikləri insanları dəhşətə gətirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, üç yaşlı qız gecə yarısı anası tərəfindən oyandırılaraq yad kişinin qucağına atıldıqda nə baş verdiyini anlaya bilməyib. Kiçik qızcığazı anası narkotik alverçisi sevgilisinə 10 funt-sterlinqə narkotik qarşılığında satıb.
Kamera tərəfindən qeydə alınan görüntülərdə kiçik qızın 42 yaşlı kişi tərəfindən zorlanaraq öldürülməsindən əvvəlki son görüntüləri yer alıb. 42 yaşlı şəxs həmin vaxt palçıqlı yolda gedərkən, qızın qaçmaması üçün bir qolunda gəzdirdiyi və sillə vurduğu görülüb. Adı açıqlanmayan şəxs hələ məktəbə getməmiş üç yaşlı uşağı zorlayaraq öldürüb. İlkin araşdırmalar kiçik qızın boğulduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB