Sudanda atəşkəs müddəti uzadıldı

Sudanda atəşkəs müddəti uzadıldı

Sudan Silahlı Qüvvələri atəşkəsi daha 72 saat uzatmağa razılıq verib. SİA xəbər verir, bu barədə ordunun "Facebook" səhifəsində məlumat yayılıb.

Qərar Səudiyyə Ərəbistanı və ABŞ-ın köməyi sayəsində qəbul edilib.

Atəşkəs müxtəlif ölkələrdən əcnəbilərin təxliyəsi prosesi üçün uyğun şəraitin yaradılması və Sudan vətəndaşlarına humanitar yardımın göstərilməsi məqsədi ilə uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə