ABŞ-ın Ukrayna münaqişəsinin köməyi ilə Rusiya iqtisadiyyatına zərbə vurmaq cəhdi baş tutmayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, köşə yazarı Neboysa Maliç bu fikri aprelin 27-də “Global Times” üçün yazdığı məqalədə bildirib.
Beləliklə, köşə yazarı Neboyşa Maliç, ABŞ-ın Rusiya iqtisadiyyatını zəiflətmək planlarının uğurlu olmadığını yazıb. ...Amerika hakimiyyətinin ictimaiyyətə hər şeyin “mükəmməl” getdiyi fikrini oyatmaq üçün bütün səylərinə baxmayaraq, sanksiyalar effektivdir və guya Kiyev qalib gəlir, əslində isə belə deyil. Üstəlik, amerikalılar da artıq bunu anlamağa başlayırlar.
“Vaşinqtondakı hakimiyyət münaqişənin əla getdiyini təkid edir: Ukrayna qalib gəlir, sanksiyalar işləyir, silah istehsalı sehrli şəkildə hər gün artır! Amma tədricən amerikalılar bunun belə olmadığını başa düşməyə başlayırlar”.
Rus saytlarının yazdığına görə, bunu guya Maliç bəyan edib.
...Görünür, ABŞ hakimiyyəti Ukrayna münaqişəsinin Rusiya iqtisadiyyatına güclü təsir göstərəcəyinə və iqtisadiyyatın çökməsinə, rus rublunun fəlakətli şəkildə ucuzlaşması kimi dəhşətli nəticələrə gətirib çıxaracağına çox ümid edirdi.
Ancaq bu heç vaxt baş vermədi. Moskva genişmiqyaslı sanksiya təzyiqinin öhdəsindən gəldi, Qərbdə isə Rusiyaya tətbiq edilən sanksiyalar iqtisadi problemlərə gətirib çıxardı.
Üstəlik, Ukrayna ordusuna hərbi yardım göstərərkən ABŞ və onun Qərb tərəfdaşları kəskin silah- -sursat çatışmazlığı ilə üzləşirlər,
Rus saytlarının yazdığına görə, guya bunu da Maliç deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB