Norveç məhkəməsi “Vaqner” komandiri Andrey Medvedevi ictimai yerdə xuliqanlıq və pnevmatik silah gəzdirdiyinə görə 14 sutka həbs cəzasına məhkum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bubarədə “The Washington Post” yazır.
Həmin qərarda Medvedevin həbsi zamanı polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etməsinə haqq qazandırdığı bildirilirdi. Xatırladaq ki, Norveş polisi 2023-cü ilin fevralında barda baş verən davadan sonra Oslo meyxanalarının birinin qarşısında rusiyalını saxlayıblar.
Məhkəmədə Medvedev həbs olunarkən müqavimət göstərdiyini və əli qandallanarkən tüpürdüyünü etiraf edib, lakin polisi təpiklədiyini inkar edib.
Rus yaraqlı pnevmatik silah gəzdirməkdə də günahını etiraf edib.
Qeyd edək ki, Andrey Medvedev 2022-ci ilin dekabrında qanunsuz olaraq Norveç sərhədini keçib və geri göndəriləcəyi təqdirdə həyatı üçün təhlükə yaranacağını bildirib.
Daha sonra o, “Vaqneritlər”in sıralarına qoşulub, Ukraynaya qarşı müharibədə iştirak etdiyini etiraf edib.
Sonradan onun razılığı olmadan müqaviləsinin uzadıldığını bilən Medvedev etiraz əlaməti olaraq gizli yolla Norveçə keçə bilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB