ABŞ Müdafiə Nazirliyinin şəbəkəyə daxil olan və “Azadlıq” radiosunun tədqiq etdiyi məxfi sənədlərindən birinə görə, Milli Qvardiya qoşunlarında kadr çatışmazlığı Rusiyanın Ukraynanın bütün işğal olunmuş əraziləri üzərində tam nəzarəti bərqərar etməsinə mane olacaq.
Qeyd edim ki, SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, 2023-cü ilin fevral ayının sonundakı sənədlərdən belə məlum olur ki, Rusiya Federasiyası Milli Qvardiyasının ən azı 27 500 hərbçisi Ukrayna ərazisində öldürülüb. Əslində, rəqəm dəqiq olmaya da bilər. Və ya ruslar bunu azaldılmış kimi də göstərə bilərlər.
...Hesabatda vurğulanır ki, Milli Qvardiya Rusiyanın ələ keçirdiyi əraziləri cəbhə xəttinin arxasında saxlamaq üçün çoxsaylı əlavə vəzifələr götürüb ki, bu da kadr çatışmazlığını daha da artırıb.
Yeri gəlmişkən xatırladaq ki, Rusiya Milli Qvardiyasının (Rosqvardiya) qoşunları 2016-cı ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşlarından yaradılıb.
2017-ci ilin rəsmi məlumatlarına görə, Rusiya Qvardiyasının sıralarında 340 min işçi olub. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin əvvəlində Kiyev və Xarkov yaxınlığında Rusiya Qvardiyasının tərkibində olan OMON bölmələri xeyli, deyilənlərə görə böyük itkilərə məruz qalıblar. Halbuki onların köməyi ilə Ukraynanın işğal olunmuş ərazilərində asayişi təmin etmək planlaşdırılırdı, amma...
Maraqlıdır ki, həmin ərəfədə prezident Putinə məruzə edən Milli Qvardiyanın komandanı Viktor Zolotov, Milli Qvardiya qoşunlarının guya Rusiyanın nəzarətində olan yaşayış məntəqələrində təhlükəsizliyin, asayişin təmin etdiyini, diversantlarla mübarizə apardığını və xüsusilə mühüm obyektləri mühafizə etdiyini bildirmişdi.
Bu arada qeyd edək ki, rusların işğal etdikləri Ukrayna ərazilərində Rusiya hərbçilərinə, rəsmilərə, eləcə də ruslarla əməkdaşlıq edən ukraynalılara qarşı müntəzəm hücumlar olur.
Məsələn, Ukraynalı jurnalistlərin məlumatına görə, təkcə 2022-ci ildə Ukraynanın işğal olunmuş ərazilərindəki Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində 12 məmur və təhlükəsizlik işçisi öldürülüb, onların əksəriyyəti işğaldan sonra öz mövqelərini saxlayan və ya tutmuş Ukrayna vətəndaşlarıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB