Gürcüstan larisi 2018-ci ildən bəri ən yüksək həddə möhkəmlənib

Gürcüstan larisi 2018-ci ildən bəri ən yüksək həddə möhkəmlənib

Gürcüstan larisi dollar və avro qarşısında yenidən möhkəmlənib. Gürcüstan Milli Bankının məlumatına görə, ABŞ dollarının məzənnəsi 2,5 laridən aşağı düşərək 2,4991 təşkil edib.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, Gürcüstan valyutası demək olar ki, beş ilin ən yüksək səviyyəsinə - 2018-ci ilin avqustundan bəri möhkəmlənib.

Bu gün Gürcüstanda avronun qiyməti 2,7605 lari təşkil edir. Əvvəllər bildirilirdi ki, 2022-ci ildə Gürcüstana 4,37 milyard dollar pul köçürməsi daxil olub ki, bunun da demək olar ki, yarısı Rusiyadan göndərilib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan və Rusiya vətəndaşlarının Gürcüstana gəlişindən sonra Rusiyadan göndərilən transferlər xeyli artıb.

Məhz bunun fonunda gürcü larisi möhkəmlənir və ölkənin Milli Bankının ehtiyatları ilk dəfə olaraq beş milyard dolları ötüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə