Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-nə ölkənin ümumi əhalisi 3 milyon 736 min nəfər təşkil edib.
Beləliklə, il ərzində Gürcüstan əhalisi 1,3 faiz artıb. Milli Statistika Xidmətinin məlumatına görə, əhalinin təbii itkisi 6799 nəfər, müsbət miqrasiya saldosu isə 54509 nəfər təşkil edib. SİA bu barədə Gürcüstan saytlarına istinad edir.
2022-ci ildə Gürcüstana gələn miqrantların ümumi sayı 179 778 nəfər olub. Bu, 2021-ci illə müqayisədə 142,9 faiz çoxdur. Milli Statistika Xidmətinin məlumatına görə, onların 62 304-ü Rusiya, 54 405-i Gürcüstan, 20 716-sı Ukrayna, 13 361-i Belarus vətəndaşlarıdır.
Eyni zamanda, Gürcüstanı tərk edənlərin sayı 125 269 nəfər olub. Qeyd edək ki, emiqrantların əhəmiyyətli hissəsi Gürcüstan vətəndaşlarıdır (100 802).
Maraqlıdır ki, 2022-ci ildə Gürcüstanda SSRİ-nin dağılmasından sonra ən böyük əhali artımı və ən böyük müsbət miqrasiya saldosu qeydə alınıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB