NATO ölkələri Ukraynaya vəd etdiyi hərbi texnikanın 98 faizindən çoxunu göndərib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.
“Bu, 1550-dən çox zirehli texnika, 230 tank və digər texnika, o cümlədən çoxlu sursat deməkdir”, - Stoltenberq bildirib.
O, həmçinin NATO ölkələrinin doqquzdan çox Ukrayna zirehli briqadasını öyrədib və təchiz etdiyini də bildirib.
“Bu, Ukraynanı işğal olunmuş əraziləri geri almağa davam etmək üçün güclü mövqeyə qoyacaq”, - deyə Stoltenberq bildirib.
Qeyd edək ki, NATO ölkələri Ukraynaya milyardlarla dollarlıq hərbi, maliyyə və humanitar yardım göstərib. Məsələn, Birləşmiş Ştatlar artıq Ukraynaya 71 milyard, Böyük Britaniyaya - təxminən on milyar, Almaniya isə yeddi milyarddan çox vəsait ayırıb. Təbii ki, başqa ölkələrin köməyi də danılmazdır.
Rusiya nümayəndələri dəfələrlə Qərb ölkələrinin Ukraynaya yardımına münasibət bildiriblər. Onların fikrincə, NATO Ukraynaya silah verməklə “odla oynayır” və belə qanunların qəbulu “mənfi təsir göstərəcək”. Həmçinin, Rusiya Ukraynaya silah tədarük etdiyinə görə ABŞ da daxil olmaqla bir neçə ölkəyə bu cür hərəkətləri pisləyən nota göndərib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB