Netanyahunun şəxsi internet səhifələrinə kiberhücum təşkil edilib

Netanyahunun şəxsi internet səhifələrinə kiberhücum təşkil edilib

İsrailin Baş naziri Binyamin Netanyahunun şəxsi internet və ''Facebook'' səhifələrinə kiberhücum təşkil edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mərkəzi İsraildə yerləşən “The Times of Israel” qəzetinin yaydığı xəbərdə İsrailin xarici kəşfiyyat təşkilatı Mossadın internet saytına kiber hücum təşkil edən “Anonymous Sudan” adlı qrupun Netanyahunun şəxsi internet və ''Facebook'' səhifələrinə də kiberhücum təşkil etdiyi bildirilib.
Xəbərdə hücuma məruz qalan Netanyahunun internet səhifəsinə daxil olmaq mümkün olmadığı qeyd olunub.
İsrailin daxili kəşfiyyat təşkilatı Şin-Betin faktla bağlı araşdırma apardığı bildirilib.
“The Jerusalem Post” qəzetinin aprelin 4-də yaydığı xəbərdə İsrailin qabaqcıl universitetlərinin internet saytlarının “Anonymous Sudan” adlı haker qrupunun kiber- hücumuna məruz qaldığı bildirilmişdi.
Qeyd edək ki, dünən Mossad və İsrail Milli Sığorta Agentliyinin internet səhifələrinə də kiberhücum edilib.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən ''Anonymous Sudan'' qrupu Telegram kanalında verdiyi açıqlamada bu ifadələrə yer verib: "Bu hücum böyük bir hücumun xəbərçisidir''.

Bütün xəbərlər Facebook səhifəmizdə