Puşilin Ukraynanın “hücumunu dəf etməyə hazırıq" deyir...

Puşilin Ukraynanın “hücumunu dəf etməyə hazırıq" deyir...

Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücumuna hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aprelin 27-də Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin respublika sakinləri ilə birbaşa əlaqə zamanı bildirib.

Gec-tez Ukrayna Silahlı Qüvvələrinin əks hücuma keçməyə məcbur olacaqlarını deyən Denis Puşilin, “...deyə bilərəm ki, bizim uşaqlar, Müdafiə Nazirliyi buna hazırdır, düşmənin uğur qazanmaması üçün hərtərəfli tədbirlər görülür”-deyə bildirib.

Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücum əməliyyatının ehtimal olunan vaxtına gəlincə, Puşilin bunun mayın əvvəli və ya mayın birinci yarısı olacağına şübhə edir. Xatırladaq ki, “Vaqner” PMC şirkətinin təsisçisi Yevgeni Priqojin Ukrayna ordusunun mayın 2-dən sonra əks-hücum əməliyyatına başlayacağına inanır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə