Efiopiyanın şimalında üsyançı Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə hökumət arasında imzalanan sülh razılaşmasından sonra ölkədəki əyalətlərin rəhbərləri ilk dəfə Tiqraya gəliblər.
SİA-nın əldə etdiyi məlumata görə, Tiqray əyalətində üsyançılara qarşı sərt mübarizə aparan Amhara əyalətinin rəhbəri Yilikal Kefale də daxil olmaqla bir çox yerli idarəçi Mekelle hava limanında Tiqray Müvəqqəti Administrasiyasının rəhbəri Getaçev Reda tərəfindən qarşılanıb.
Bölgəyə Oromiya əyalətinin rəhbəri Şimelis Abdissa və Somali əyalətinin rəhbəri Mustafa Ömər də səfər ediblər.
2020-2022-ci illərdə ölkənin şimalında üsyançılarla yaşanan qarşıdurmalar zamanı yüz minlərlə insan Tiqray və ətrafındakı bölgələrdən köçmək məcburiyyətində qalıb. Bu səbəbdən bölgədə ciddi humanitar böhran yaşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB