Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya Müdafiə Nazirliyinin rəhbərinin müavini Mixail Mizintsevin istefası ilə bağlı yayılan xəbərləri şərh etməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS aprelin 27-də yazır.
Beləliklə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Mizintsevin Rusiya müdafiə nazirinin müavini vəzifəsindən azad edilməsi ilə bağlı əvvəllər bir sıra Telegram kanallarında yayılan məlumatı şərh etməkdən imtina edib.
Kreml sözçüsünə görə, belə suallar Rusiya Müdafiə Nazirliyinə ünvanlanmalıdır.
Maraqlıdır ki, sualı cavablandırmağa səlahiyyəti çatmadığını etiraf edən mətbuat katibi, bunun Müdafiə Nazirliyinin mövzusu olduğunu deyib.
Xatırladaq ki, bu gün bir sıra müharibə müxbirləri, o cümlədən VGTRK jurnalisti Aleksandr Sladkov və “WarGonzo” layihəsinin yaradıcısı, hərbi jurnalist Semyon Pegov sosial şəbəkələr vasitəsilə rusiyalı general Mixail Mizintsevin işdən çıxarılması barədə məlumat yayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB