İlon Mask "Tvitter"də narkotik reklamlarına icazə verəcək

İlon Mask "Tvitter"də narkotik reklamlarına icazə verəcək

İlon Maskın rəhbərliyi altında olan "Tvitter", bu ilin əvvəlində marixuana reklamlarına icazə verən ilk böyük sosial media şirkəti oldu. Platforma marixuananın qanuni olduğu ABŞ ştatlarından daha çox reklam verən şirkət olsun deyə qaydaları "yumşaldır". SİA xarici mətbuata istinadən bildirir ki, "Gələcəkdə sertifikatlı reklamçılar reklamlarında qablaşdırılmış marixuana məhsullarına yer verə bilərlər" deyə "Tvitter"in öz rəsmi saytında bildirilib.

Əvvəllər marixuana reklamçıları öz reklamlarında heç bir məhsul göstərə bilmirdilər.

Platforma yanvar ayında siyasi reklamlara qoyulan qadağanı da aradan qaldırıb.

Yenə də "Tvitter"-də çətənə kolu məhsullarının reklamında maraqlı olan şirkətlərin uzun bir qaydalar siyahısına əməl etməsi gözlənilir.

Məhsulun lisenziyası və "Tvitter" tərəfindən əvvəlcədən icazəsi olmalıdır.

Qaydalar arasında məhsulun mütləq lisenziyasının olmalı olduğu və 21 yaşından kiçikləri hədəf almamalı olduğu tələbi var.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə