Ukraynalı jurnalist rus snayperçilər tərəfindən güllələnib

Ukraynalı jurnalist rus snayperçilər tərəfindən güllələnib

Ukraynalı jurnalist Boqdan Bitik Xerson vilayətində snayperçilər tərəfindən güllələnib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bitik İtaliyanın “La Repubblica” qəzetində işləyirdi. Hücum zamanı "La Repubblica"nın müxbiri Korrado Zunino da yaralanıb. Zunino Xerson şəhərində xəstəxanaya yerləşdirilib və müalicəsi davam edir. Zunino və Bitik Xerson bölgəsində şübhəli rus snayperçiləri tərəfindən pusquya düşüblər. Onların hər ikisinin üzərində “Press” yazılmış gülləkeçirməz jiletlər olduğu bildirilib.

Aktiv snayperçilər səbəbindən Bitikin cəsədini çıxarmaq mümkün olmayıb. İtaliya mətbuatına açıqlama verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bitikin ölümündə rusların məsuliyyət daşıdığını bildirib. Rusiya hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə