Meksika prezidenti səhhəti ilə bağlı açıqlamalar verib

Meksika prezidenti səhhəti ilə bağlı açıqlamalar verib

Meksika prezidenti Andres Manuel Lopez Obrador səhhəti ilə bağlı açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Obrador Yucatan əyalətinin Merida şəhərində hərbi səlahiyyətlilərlə görüşü zamanı Covid-19 səbəbi ilə qan təzyiqinin qəfil düşdüyü üçün qısa müddətə huşunu itirdiyini ifadə edib. Təcili yardım helikopteri ilə paytaxt Mexikoya aparıldığını bildirən Obrador, xərək ilə daşınmadığını vurğulayıb. Evində karantində olduğunu ifadə edən Obrador, sağlamlığına qovuşana qədər daxili işlər naziri Adan Augusto Lopez Hernandez tərəfindən gündəlik mətbuat konfransları keçiriləcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə