İsveçin raketi Norveçi qəzəbləndirdi

İsveçin raketi Norveçi qəzəbləndirdi

İsveçdəki "Esrange" Kosmik Mərkəzindən atılan tədqiqat raketi yaranan nasazlıq nəticəsində Norveç ərazisinə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsveç Kosmik Şirkətinin bəyanatında bildirilib ki, raket Norveç ərazisinin 15 kilometrliyində, planlaşdırılan eniş yerindən təxminən 40 km şimal-qərbdə yerləşən dağlıq bölgəyə düşüb. İsveç rəsmiləri məsələ ilə bağlı Osloya məlumat verildiyini desələr də, Norveç bunu təkzib edib. Norveç XİN-in sözçüsü İsveçin onlara heç bir rəsmi bildiriş vermədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə