Ukrayna prezidenti Vladimir Zelenski və Çin prezidenti Si Cinpin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə telefonla danışıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüş üçün müraciət Kiyevdən gəlib və iki lider Ukrayna böhranını, eləcə də Çin-Ukrayna münasibətlərini müzakirə ediblər. İki ölkə arasındakı münasibətlərin siyasi əsasının suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olduğuna diqqət çəkən Çin Prezidenti Si Cinpin beynəlxalq vəziyyətin hansı formada dəyişməsindən asılı olmayaraq Çinin Ukrayna ilə əməkdaşlığı daha da genişləndirmək istədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB