ABŞ-ın Macarıstandakı səfiri David Pressman Ukraynanın atəşi dayandırması ilə bağlı çağırışları “kinik” adlandırıb. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırarsa, Ukraynada sülh bu gün gələ bilər.
“Ölkənizin demək olar ki, 20 faizinin xarici işğalçılar ordusu tərəfindən qəsb olunduğu halda atəşkəs çağırışı rüsvayçılıqdır.
Səfirə görə, atəşkəs olacağı təqdirdə belə, Putinin vicdanla danışıqlar masası arxasına oturub qoşunlarını geri çəkməyə razılaşacağını, nəinki yenidən silahlanaraq hücumu bərpa edəcəyini söyləmək inandırıcı deyil.
Qeyd edək ki, bununla yanaşı, amerikalı səfir, “sülh” terminindən silah kimi istifadə etmək üçün kinli siyasi cəhdlərdə olan təhlükəni qeyd edib.
“Sülh kimi maskalanan barışığın tərəfdarı olan siyasətçiləri eşidəndə gəlin ayıq olağın. Təbii ki, bir adam bu gün sülhə nail ola bilər. Əgər Putin döyüşü dayandırsa, müharibə bitəcək. Ukrayna döyüşü dayandırsa, bu ölkə bitəcək”.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu da David Pressman deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB