Bayden: Şimali Koreyanın ABŞ-a nüvə silahı ilə hücumu Pxenyandakı rejimin məhvinə səbəb olacaq
Şimali Koreyanın ABŞ-a, onun müttəfiqlərinə və tərəfdaşlarına nüvə silahı ilə hücumu Pxenyandakı hakim rejimin məhvinə gətirib çıxaracaq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Cənubi Koreya lideri Yun Sok Yol ilə Ağ Evdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Şimali Koreyanın ABŞ-a, onun müttəfiqlərinə və ya tərəfdaşlarına nüvə hücumu qəbuledilməzdir və bu cür addımlar atan istənilən rejimin məhvinə səbəb olacaq", - C.Bayden deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB