“Ərdoğan infarkt keçirməyib!”

“Ərdoğan infarkt keçirməyib!”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq havada fəal təbliğat apardığı üçün mədə qripinə yoluxub və heç bir infarkt keçirməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin rektoru Çağrı Erhan bildirib.

Erhan xatırladıb ki, Türkiyə prezidenti çərşənbə axşamı, aprelin 25-də canlı yayım zamanı xəstələnib. O, qısa fasilədən sonra müsahibəni davam etdirib və xəstə olduğunu izah edərək yığıncaq iştirakçılarından üzr istəyib.

“Bu gün o, bütün günü evdə dincəldi və seçki mitinqlərini ləğv etdi”-deyə Ərdoğanın müşaviri bildirib.

Erhan Türkiyə liderinin guya infarkt keçirməsi ilə bağlı yayılan şayiələri təkzib edib və bu cür spekulyasiyaları “sosial şəbəkələrin məkrli və məsuliyyətsiz insanlar tərəfindən təhlükəli şəkildə istifadə edilməsinin bariz nümunəsi” adlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də canlı yayımda yerli telekanallara müsahibə verərkən özünü pis hiss edib. Mayın 14-də ölkədə keçiriləcək seçkilər ərəfəsində həkimlər ona ictimaiyyət qarşısında çıxışını qadağan ediblər.

Amma ertəsi gün, aprelin 26-da sosial şəbəkələrdə Ərdoğanın infarkt keçirdiyi və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə