Ukrayna 40-dan çox vətəndaşını Rusiya əsirliyindən qaytarıb

Ukrayna 40-dan çox vətəndaşını Rusiya əsirliyindən qaytarıb

Ukrayna Rusiya ilə əsirlərin növbəti mübadiləsini aparıb. Bu dəfə 44 müdafiəçi Rusiya əsirliyindən Vətənə qayıdıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Prezident ofisinin rəhbəri Andrey Yermakın Telegramda paylaşdığı məlumata istinadla xəbər verir.

O yazıb: “Növbəti əsir mübadiləsi. Biz 44 vətəndaşımızın evinə qayıtmasına nail ola bildik”.

Beləliklə, Rusiya əsirliyindən 36 sıravi və serjant, 6 zabit azad olunub.

Yermak deyib: “Bunlar hərbçilər, sərhədçilər, milli qvardiyaçılar, dənizçilərdir. İnsanlar Mariupol, “Azovstal”, Xerson vilayətini müdafiə ediblər, düşmənlə Şərqdə döyüşüblər".

Bundan başqa, iki mülki şəxs əsirlikdən azad olunub.

Azad olunanlar arasında yaralılar var.

Bütün xəbərlər Facebook səhifəmizdə