Çexiya Patriarx Kirili milli sanksiyalar siyahısına ilk sıraya daxil edib
Bu arada Çexiya Rusiya Pravoslav Kilsəsinin Primatı Patriarx Kirili (Qundyaev) milli sanksiyalar siyahısında ilk sıraya daxil edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü hökumətin iclasından sonra xarici işlər naziri Yan Lipavski bildirib.
Qeyd edək ki, Patriarx Kiril üçün bu, ölkəyə girişin qadağan edilməsi və əgər varsa, onun Çexiyadakı aktivlərinin dondurulması demək olardı.
Maraqlıdır ki, “Novinky.cz” saytı nazirdən sitat gətirir: “Bizim bir adımız var. Mən şadam ki, Çexiya inamlı xarici siyasətə qayıdır”.
Yeri gəlmişkən, Avropa İttifaqı müntəzəm olaraq Kirili Ukraynadakı müharibəni dəstəkləməkdə və ya ona haqq qazandırmaqda ittiham edir.
Keçən il onun adı Avropa İttifaqının sanksiyalar siyahısına salına bilərdi, lakin Macarıstan buna qarşı çıxdı. Bunu Avropa media mənbələri xəbər verir.
Qeyd edək ki, Çexiyada milli sanksiyalar siyahısına 2023-cü ilin yanvarında qüvvəyə minən Maqnitski Aktı (2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun-A.B.) icazə verib.
Onu da qeyd edək ki, bu, 2009-cu ildə həbsdə ölən rusiyalı auditor Sergey Maqnitskinin şərəfinə adlandırılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB