Dağıstanla İran arasında ticarət dövriyyəsi artıb

Dağıstanla İran arasında ticarət dövriyyəsi artıb

Dağıstan İranla ticarət əməkdaşlığı qurmaqda davam edir. Ötən il Rusiya regionu ilə İslam Respublikası arasında ticarət dövriyyəsi 44 faiz artıb.

Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, Dağıstanla İran arasında ticarət dövriyyəsi 2022-ci ildə 44 faiz artıb.

Qeyd edək ki, bu barədə çərşənbə günü regional hökumətin Telegram-kanalında yerləşdirilmiş mesajda deyilir.

Dağıstan Respublikası Nazirlər Kabinetinin sədrinin qeyd etdiyi kimi, bu gün tərəflər ticarət-iqtisadi əlaqələrin inkişafı üçün lazım olan hər şeyə malikdirlər.

Dağıstan Respublikası Hökumətinin sədri Əbdülmüslim Əbdülmüslimov xüsusi olaraq buna Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə nail oluna biləcəyinə diqqət çəkib.

O, həmçinin, sanksiyalar fonunda ixracın 2 dəfədən çox artdığını, idxalın isə 3 faiz azaldığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə