Bu arada Sloveniya hökuməti tam məxfilik (?) şəraitində Ukraynaya 20 “Valuk” zirehli texnikası çatdırıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Sloveniyanın “24UR” nəşri öz mənbələrinə istinadən yazır.
Qeyd olunur ki, bu piyada döyüş maşınlarından 85 ədədi 24 il ərzində Sloveniya ordusunda xidmətdə olub. Onlar 40 mm-lik avtomatik qumbaraatan və ya 12,7 mm-lik pulemyotlarla silahlanıblar.
Nəşr qeyd edir ki, bu, Sloveniyanın Ukraynaya göndərdiyi ən az köhnəlmiş silahdır, o, piyadaların daşınması və onu piyada əleyhinə minalardan və 12,7 mm çaplı piyada silahlarından qorumaq üçün nəzərdə tutulub.
Sloveniya nəşrinin mənbələrinə görə, 20 “Valuk” zirehli maşınının Ukraynaya daşınması bu həftə tam məxfilik şəraitində başa çatıb. Əməliyyatın özü isə bir neçə ay davam edib, çünki zirehli maşınlar hazırlanmalı, texniki xidmət göstərilməli və sonradan daşınmalı idi.
Qeyd edək ki, “Valuk”lar təyyarə ilə Polşa və ya Slovakiyadakı Ukrayna üçün iki logistik toplama mərkəzindən birinə aparılıb.
Yeri gəlmişkən, “Valuk” BMP-lərin Ukraynanın hazırladığı böyük yaz əks-hücumunda böyük rol oynayacağı güman edilir.
Beləliklə, Sloveniya da daxil olmaqla 50-dən çox müttəfiq ölkə Ukraynanı doqquz yeni manevr briqadası təmin etmək üçün kifayət qədər zireh, silah və texnika göndərib.
Onu da qeyd edək ki, Bbu yaxınlarda Ukrayna əlavə olaraq 230 Qərb tankı və 1500 zirehli maşın da alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB