Rusiyanın Murmansk vilayətində “MiQ-31” qırıcı təyyarəsinin qəzaya uğramasının səbəbi göyərtəsində baş verən yanğınla əlaqəli ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən yazır.
Agentliyin həmsöhbətinin sözlərinə görə, əvvəllər planlaşdırılmış uçuş zamanı “MiQ-31”-də mühərriklərdən biri alışıb və bu, təyyarənin qəzaya uğramasına səbəb olub.
Qeyd edək ki, hərbi təyyarə gölə düşə bilərdi. Hüquq-mühafizə orqanlarının nümayəndəsi onu da vurğulayıblar ki, pilotlar çox güman ki, katapult ediblər.
Agentlik, səmada iki paraşütçünü müşahidə edən şahidlərin məlumatlarına diqqət çəkib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB