Kiprdə Rusiya Elm və Mədəniyyət Mərkəzi yandırılıb

Kiprdə Rusiya Elm və Mədəniyyət Mərkəzi yandırılıb

Kiprin paytaxtı Lefkoşada Rusiya Elm və Mədəniyyət Mərkəzi yanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, söndürülən yanğşnda xəsarət alan yoxdur.

Mərkəzin rəhbəri Alina Radçenkonun sözlərinə görə, mərkəzə “Molotov kokteyli” atılıb.

İki güclü zərbə olduğunu deyən Radçenko divar və damın yandığını bildirib.

Onun dediyinə görə, insanlar təxliyə edilib. Polis binanı mühasirəyə alıb və yanğınsöndürənlər hadisə yerində fəaliyyətə başlayıblar.

Deyilənlərə görə, yanğın bir neçə mərtəbəni əhatə edib. RBC yerli fövqəladə hallar xidmətinə istinadən xəbər verir ki, yanğının söndürülməsinə beş yanğınsöndürən maşın və bir zirehli transportyor cəlb olunub. Yanğınsöndürmə xidmətinin məlumatına görə, binada yenidənqurma işləri aparılmalıdır.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Rusiyanın Moldovadakı səfirliyi yaxınlığında bir neçə fişəng partladılıb və səfirliyin hasarına “Putin qatildir” yazılməşdı.

Qeyd edək ki, bundan sonra Moskva Kişinyova etiraz notası göndərmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə