Krımda milliyyətcə rus olan Ukrayna casusu tutulub

Krımda milliyyətcə rus olan Ukrayna casusu tutulub

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krımdakı Hərbi Dəniz Hospitalında terror aktı törətməyi planlaşdıran Rusiya vətəndaşını saxlayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi xəbərə görə, bu barədə aprelin 26-da xüsusi xidmət orqanlarının İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Beləiklə, Rusiya Federal Təhlükəsizlik Xidməti Simferopoldakı Hərbi Dəniz Hospitalında terror aktının qarşısının alındığını elan edib.
Krımda Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tibb müəssisəsində terror aktı hazırlayan rusiyalını saxlayıblar.

Saxlanılan şəxsin üzərinə baxış zamanı onun üzərindən mismar və “yandıran” tipli partlayıcı elementlərlə evdə hazırlanmış bomba aşkar edilib.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Krım Respublikası ərazisində Rusiya Federasiyası Müdafiə Nazirliyinin tibb müəssisəsinə qarşı təxribat və terror aktı törətməyi planlaşdıran Rusiya Federasiyası vətəndaşının qanunsuz fəaliyyətini dayandırıb”.

Bu xidmətin hesabatda bildirilir.

Qeyd olunur ki, istintaq bölməsi həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 1-ci hissəsi ilə cinayət işi açıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə