"Bayraktar TB-2" PUA-lar ixrac uğurlarını davam etdirir.

"Bayraktar TB-2" PUA-lar ixrac uğurlarını davam etdirir.

Rumıniya "Bayraktar TB2"ni inventarına daxil edən ölkələr siyahısına qoşulub

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Baykar şirkətinin baş direktoru Haluk Bayraktar öz "Twitter" hesabında etdiyi paylaşımda bildirib.

"Milli Texnologiya Hərəkatı həm ölkəmizin, həm də dost və qardaş ölkələrin tam müstəqilliyinin ən güclü təminatıdır. Bu ixracatla Türkiye ilə Rumıniya arasındakı əlaqələr daha da güclənəcək”, – deyə o qeyd edib.

Türkiyənin müdafiə sənayesi sahəsində göz bəbəyi sayılan "Bayraktar TB-2" PUA-lar ixrac uğurlarını davam etdirir.

"Rumıniya yüksək texnologiyalı #BayraktarTB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşuldu", – deyə Haluk Bayraktar bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə