İsveç 5 Rusiyalı diplomatı ölkədən çıxarır

İsveç 5 Rusiyalı diplomatı ölkədən çıxarır

Rusiyanın İsveç Krallığındakı səfirliyində çalışan beş əməkdaşının ölkəni tərk etməsi tələb edilib. SİA İsveç Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq qərar aprelin 25-də qəbul olunub.

Nazirliyin saytında deyilir: “Bu gün Xarici İşlər Nazirliyi Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsevi çağıraraq, ondan Rusiyanın İsveçdəki səfirliyinin 5 əməkdaşının Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlərinə əsasən ölkəni yaxın vaxtlarda tərk etmələri tələb olunub”.

Bütün xəbərlər Facebook səhifəmizdə