"Putin Türkiyəyə səfər edəcək" - Sergey Lavrov

"Putin Türkiyəyə səfər edəcək" - Sergey Lavrov

Rusiya Prezidenti Prezident Vladimir Putin Türkiyəyə səfər edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Akkuyu Atom Elektrik Stansiyasının açılışında iştirak etməsi nəzərdə tutulub: "Prezidentlər belə bir görüşün vacibliyi barədə razılığa gəliblər".

S.Lavrov yaxın vaxtlarda səfərlə bağlı əlavə açıqlama veriləcəyini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə