Ukrayna Nazirlər Kabineti İrana qarşı sektoral sanksiyaların tətbiqi ilə bağlı təkliflərini Milli Təhlükəsizlik və Müdafiə Şurasına göndərib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin fikrincə, Rusiyaya silah tədarükü ilə birbaşa məşğul olan şəxslər və şirkətlərə ilkin məhdudiyyətlər İran tərəfindən ciddi xəbərdarlıq kimi qəbul edilməyib. Bununla bağlı Nazirlər Kabineti sanksiyaların gücləndirilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetinin təkliflərinə əsasən, sanksiyalar 50 il müddətinə tətbiq ediləcək. Sənədə əsasən, İranlıların Ukraynadan kənara kapital çıxarması, texnologiyalar, əqli mülkiyyət obyektlərinə hüquqların İran rezidentlərinə ötürülməsi, İrana və ölkə sakinlərinin xeyrinə investisiyalar, İran rezidentləri tərəfindən verilmiş elektron ödəniş alətləri (o cümlədən köçürmələr, hesablaşmalar və nağd pul çıxarılması) üzrə xidmətlər qadağan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB