Xakasiya Ali Sovetinin deputatı Ukraynada ölüb

Xakasiya Ali Sovetinin deputatı Ukraynada ölüb

Xakasiya Ali Sovetinin deputatı Dmitri İvanov Ukraynada xüsusi əməliyyat zonasında ölüb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublika rəhbəri Valentin Konovalov özünün Telegram kanalında danışıb.

Qeyd olunur ki, 46 yaşlı İvanov xüsusi hərbi əməliyyat zonasına könüllü kimi döyüşməyə gedib. O, “Vaqner” PMC-də xidmət edib. Deputatın ölümündən sonra onun dul qadını və beş uşağı qalıb.

Əlavə edirik ki, Sibir Federal Universitetini bitirib və Kommunist Partiyası fraksiyasını təmsil edən İvanov 2018-ci ildə seçildiyi Xakasiya parlamentində işləməkdən əlavə, “Zarya” idarəetmə şirkətinin direktoru olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə