Ölkədən qaçan çağırış yaşlılar təkcə Rusiyada deyilmiş...

Belə ki, çıxış icazəsi alan hər 10-cu şəxs Ukraynaya qayıtmayıb
Ölkədən qaçan çağırış yaşlılar təkcə Rusiyada deyilmiş...

...Ali Radanın müvəqqəti istintaq komissiyasının məlumatına görə, müharibə başlayandan bəri 66 mindən çox hərbi yaşda olan çağırışçı Ukraynanı tərk edib.

Və ümumilikdə 96 442 nəfər ölkədən çıxmaq üçün icazə alıb.

Komissiyanın qeyd etdiyi kimi, səfərin məqsədi təsdiqlənmədiyi üçün sərhədçilər daha üç min nəfəri buraxmayıblar. Hərbi vəziyyətin pozulması hallarını araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılıb. İndi məlum olub ki, icazə alan vətəndaşların ümumi sayının 11 faizdən çoxu göstərilən müddətdən sonra geri qayıtmayıb. Qeyd edək ki, burada söhbət 9 min çağırışçıdan gedir.

Onu da qeyd edək ki, belə hallar daha çox Xarkov, Ternopil və Volın vilayətlərində qeydə alınıb.

Digər 30 068 nəfər isə mövcud icazələrdən istifadə etməyib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Avropada müvəqqəti qoruma statusu və ya buna bənzər milli müdafiə proqramı almış ukraynalı qaçqınların sayı 5 milyon 08 min 482 nəfərə çatıb. Bu, genişmiqyaslı müharibə başlayandan bəri ən yüksək göstəricidir.

Təkcə bu ilin üç ayı ərzində dövlət sərhədindən ümumi sərnişindaşıma 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz az olub. Çoxları bunu Pasxa bayramı ilə əlaqələndirib. Ümumilikdə, son bir həftə ərzində Ukraynaya gələnlərdən 80 min çox insan ölkədən gedib.

Amma... araşdırmaya görə, tammiqyaslı müharibə başlayandan və bir gün əvvəl xaricə gedən ukraynalı İT mütəxəssislərinin 41 faizi Ukraynaya qayıtmağı planlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə